Millətin tərəqqisinin başlıca amili elmdir. Həmin millətin tarixini isə o millətin universitetlərində yetişən beyinlər yazır. Universitetlər düşünən, yaradıcı, milli və ümumbəşəri dəyərləri mənimsəyən fərdlərin yetişdirilməsində məsuliyyət daşıyır. 1938-ci ildə qurulmuş Gəncə Dövlət Universiteti həm fiziki imkanları, həm təlim-təhsil keyfiyyəti, həm də araşdırma təkmilləşdirmə infrastrukturu baxımından əhəmiyyətli bir nöqtəyə gəlmişdir. Gəncə Dövlət Universiteti olaraq qədim tarixə malik olan Nizami Gəncəvinin yurdu Gəncə şəhərinin adını daşımağın qürurunu duyuruq. Sizi bu qədim şəhərdə yerləşən 84 illik tarixə malik olan bir dövlət universitetində təhsil almaq imkanlarından yararlanmağa dəvət edirik.
Professor Yusif Yusibov
XƏBƏRLƏR
Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 600 və daha çox bal toplayan abituriyentlərin nəzərinə!
Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə qəbul olan I kurs tələbələrinin nəzərinə! Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarında 600 və daha çox bal toplayaraq Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə qəbul olan I kurs tələbələrinə 2026/2027-ci tədris ilinin payız semestrində hər ay 200 (iki yüz) manat məbləğində həvəsləndirici təqaüd veriləcək. Növbəti semestrlərdə tələbənin ÜOMG – si […]
Gəncə Dövlət Universitetinin məzunu olmuş Xalq şairi Nəriman Həsənzadə vəfat edib
Azərbaycanın ədəbiyyat və mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Müasir poeziyamızın görkəmli nümayəndəsi, Gəncə Dövlət Universitetinin məzunu olmuş Xalq şairi, dramaturq, ictimai xadim, Nəriman Həsənzadə vəfat edib. Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevral ayının 18-də Qazax rayonunun Poylu stansiyasında (indiki Ağstafa rayonu ərazisi) anadan olub. 1949–1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya […]
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm […]
Gəncə Dövlət Universitetinin magistratura səviyyəsinə qəbul olan şəxslərin nəzərinə!
2026/2027-ci tədris ilində Gəncə Dövlət Universitetinin magistratura səviyyəsinə qəbul olmuş bakalavrlar https://my.gov.az/ saytından qeydiyyatdan keçməlidir. Müəyyən olunmuş müddətədək qeydiyyatdan keçməyən şəxslər ixtisasa yerləşdirmədən imtina etməsi kimi qiymətləndirilərək DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək! Magistratura pilləsinə qeydiyyatdan keçmə vaxtı 03.08.2026-cı il tarixdən 12.08.2026-cı il tarix saat 18:00-a qədərdir. Aşağıdakı […]
Gəncə Dövlət Universiteti ali təhsil müəssisələrinin sərgisində
Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisələrinin sərgisinin açılışı olub. Sərgi 29 – 31 iyul 2026-cı il tarixlərində Mərkəzin elektron imtahanlar korpusunda təşkil olunur. Burada 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların – Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası, e-psixoloq.az psixoloji dəstək platforması və otk.az onlayn sınaq imtahanı portalının stendləri […]
DOKTORANTLARIN VƏ GƏNC TƏDQİQATÇILARIN RESPUBLİKA ELMİ KONFRANSI (NASCO29)
Hörmətli gənc tədqiqatçılar! 15-16 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29)” keçiriləcək. Konfrans ənənəvi (üz-üzə) formatda təşkil olunacaqdır ki, bu da müxtəlif bölgələrdən və elmi istiqamətlərdən olan iştirakçıların bir araya gəlməsinə […]
Clarivate ilə birgə elmmetriya üzrə sertifikasiya proqramı keçirilib
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Clarivate” şirkətinin birgə təşkilatçılığı ilə 20–24 iyul 2026-cı il tarixlərində Serbiya Respublikasının Belqrad şəhərində “Elmmetriya üzrə Sertifikasiya Proqramı” təşkil olunub. Beş gün davam edən proqramda Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında elmmetriya istiqaməti üzrə fəaliyyət göstərən 18 əməkdaş iştirak edib. Proqram çərçivəsində iştirakçılara beynəlxalq elmi […]
Gəncə Dövlət Universiteti əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qəbulunu elan edir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na uyğun olaraq Gəncə Dövlət Universiteti 2026-2027-ci tədris ilində xarici ölkə vətəndaşları (əcnəbilər) üçün imtahansız, yalnız attestatla təhsilin bakalavriat, bundan əlavə müvafiq ali təhsili təsdiq […]
Gəncə Dövlət Universiteti növbəti 3 il müddətinə institusional akkreditasiya olunmuş hesab edilib
Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2024-cü və 2025-ci təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq, 7 ali təhsil müəssisəsində aparılmış institusional akkreditasiya və 16 ali təhsil müəssisəsində “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təhsil” ixtisasları üzrə proqram akkreditasiyasının nəticələri müzakirə olunub. Qəbul edilmiş qərarlara əsasən, Naxçıvan Dövlət Universiteti, […]
Azərbaycan ilə Almaniya arasında münasibətlər qarşılıqlı etimad əsasında daha da möhkəmlənir
Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi və humanitar əlaqələr qarşılıqlı etimada, bərabərhüquqlu tərəfdaşlığa və ortaq maraqlara əsaslanaraq dinamik şəkildə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına son rəsmi səfəri isə ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasını şərtləndirən mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, aparılan geniş müzakirələr və əldə […]
Gəncə Dövlət Universitetində yay semestri uğurla davam edir
Gəncə Dövlət Universitetində müvəffəqiyyət qazanılmış fənlərdən qiymətləri yüksəltmək və akademik borcları ləğv etmək istəyən tələbələr üçün təşkil olunan yay semestri üzrə tədris məşğələləri uğurla davam edir. İqtisadiyyat və idarəetmə, Tarix və Coğrafiya, Pedaqoji fakültələrdə, o cülmədən Qiyabi şöbədə təşkil olunan yay semestri tələbələrə akademik borclarını ləğv etmək, təhsil prosesində fasiləsizliyi təmin etmək və növbəti tədris […]
Gəncə Dövlət Universitetində ikili diplom proqramı üzrə təhsil imkanları genişlənir
Gəncə Dövlət Universiteti beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və tələbələr üçün müasir təhsil imkanlarının yaradılması istiqamətində mühüm addımlar atmaqda davam edir. Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığı əsasında İzmir Dokuz Eylül Universiteti ilə bağlanmış ikitərəfli müqaviləyə uyğun olaraq universitetdə ikili diplom proqramları çərçivəsində mütəxəssis hazırlığı həyata keçirilir. […]
ELANLAR
Gəncə Dövlət Universitetinin magistratura səviyyəsinə qəbul olan şəxslərin nəzərinə!
2026/2027-ci tədris ilində Gəncə Dövlət Universitetinin magistratura səviyyəsinə qəbul olmuş bakalavrlar https://my.gov.az/ saytından qeydiyyatdan keçməlidir. Müəyyən olunmuş müddətədək qeydiyyatdan keçməyən şəxslər ixtisasa yerləşdirmədən imtina etməsi kimi qiymətləndirilərək DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək!
Magistratura pilləsinə qeydiyyatdan keçmə vaxtı 03.08.2026-cı il tarixdən 12.08.2026-cı il tarix saat 18:00-a qədərdir.
Aşağıdakı sənədlərin yüklənməsi vacibdir:
1. Universitetə ödənişli əsaslarla qəbul olunan tələbələrdən portal.edu.az saytından qeydiyyatdan keçəndən sonra invoys nömrəsi yaranacaq. Yaranmış invoys nömrəsi üzrə təhsil haqqını ödəmək və ödəniş qəbzinin skan surətini təqdim etməyiniz xahiş olunur. Ödəniş qəbzi təqdim olunmadığı halda qeydiyyata alınmayacaqsınız.
Diqqət: https://my.gov.az/saytından qeydiyyatdan keçən tələbələrdən tədris ili başlayanda aşağıdakı sənədlərin əslini universitetin Magistratura şöbəsinə təqdim etmələri tələb olunur:
- Bakalavr diploma və diploma əlavə əsli, Universiteti bitirməsinə dair arayış (cari ilin məzunları üçün);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- 3×4 ölçüdə 4 ədəd şəkil,
- Abituriyentin qəbul olunması barədə DİM saytındakı şəxsi səhifəsindən çıxarış;
- Ödənişli əsaslarla qəbul olunanlar üçün ödəniş qəbzi;
- Hərbi qeydiyyat sənədinin əsli (hərbi bilet və ya hərbi qeydiyyata alınma barədə vəsiqə).
Qeyd: https://my.gov.az/saytından qeydiyyatda çətinlik çəkən şəxslər aşağıdakı nömrələrlə (zəng və WhatsApp) əlaqə saxlaya bilər:
050-388-44-91
055-648-00-79
SƏNƏD QƏBULU KOMİSSİYASI
2026/2027-CI TƏDRİS İLİNDƏ BAKALAVRİAT SƏVİYYƏSİNƏ ÖDƏNİŞLİ ƏSASLARLA QƏBUL OLUNMUŞ DÖVLƏT HESABINA TƏHSİL ALACAQ SOSİAL HƏSSAS QRUPA AİD EDİLƏN AİLƏLƏRİN ÜZVÜ OLAN (TƏHSİL HAQQI ÖDƏNİŞİNDƏN AZAD EDİLƏN) ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Universitetin müxtəlif ixtisaslarına ödənişli əsaslara qəbul olunmuş və təhsil haqqı ödənişindən azad edilən abituriyentlər https://my.gov.az/saytından qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək!
Təhsil haqqı ödənişindən azad edilən tələbələr aşağıdakı statuslardan birinə malik olmalıdır:
- Məcburi köçkünlər;
- Valideyn himayəsindən məhrum olmuş şəxslər (23 yaşınadək əyani)
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları:
- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək “Müharibə veteranı” statusu qazanmış şəxslər;
- Şəhid ailəsi üzvləri (atası, anası, həyat yoldaşı, qardaşı və ya bacısı(Şəhid ailəsi 2.1.4) şəhid olan) 23 yaşınadək olan şəxslər
- Sağlamlıq imkanları məhdud 18 yaşınadək, habelə I və II dərəcə əlilliyi olan şəxslər.
Qeydiyyat zamanı təhsil haqqı ödənişindən azad edilmək üçün aşağıda qeyd edilən sənədlərin şəklini PDF formatında https://my.gov.az/ saytında müvafiq xanalara yerləşdirilməlidir. Sənədlərin şəkli səliqəli və oxunan olmalıdır. Qeydiyyatdan sonra siyahıda qeyd edilmiş sənədlər Universitetin müəyyən etdiyi tarixə qədər Təhsil haqqı ödənişindən azad etmə komissiyasına təqdim edilməlidir.
Məcburi köçkün, şəhid ailəsi, valideyn himayəsindən məhrum olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamani əlil olmuş və azərbaycan respublikasinin azadliği, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən şəxslərin, sağlamliq imkanlari məhdud 18 yaşınadək, habelə I və II dərəcə əlilliyi olan şəxslər nəzərinə!
Məcburi köçkünlər:
1) Məcburi köçkün vəsiqəsi;
2) Şəxsiyyət vəsiqəsi;
3) Rayon (şəhər) icra hakimiyyətində yaradilmiş «Qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi»nin yerli nümayəndəsindən arayiş;
Məcburi köçkün statusu son 180 gün ərzində Azərbaycan Respublikası ərazisində yaşamayan şəxslərə şamil edilmir.
QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.
Valideyn himayəsindən məhrum olmuş şəxslər (23 yaşınadək):
1) Tələbənin valideyninin (sağ olduqda-atasının və ya anasının) və özünün şəxsiyyət vəsiqəsi;
2) Himayəyə və qəyyumluğa verilmə barədə icra hakimyyəti başçisinin qərari;
3) Nigah haqqında şəhadətnamə (valideynlərinin);
4) Ölüm haqqında (atasinin və ya anasinin) şəhadətnamə;
5) Tələbənin doğum haqqında şəhadətnaməsi;
6) TSEK-in əlillik verilməsi barədə arayişi;
7) Şəhər və ya rayon DSMF – dan arayiş; (əlillik barədə)
QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamani əlil olmuş və azərbaycan respublikasinin azadliği, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşlarin uşaqlari:
1) Tələbənin valideyninin (atasının və ya anasının) və özünün şəxsiyyət vəsiqəsi (əsli və surəti);
2) Tələbənin doğum haqqında şəhadətnaməsi;
3) TSEK-in (VTEK) – əlillik verilməsi barədə arayişi; -arayışda – Azərbaycan Respublikasinin müdafiəsi zamanı xəsarət almışdır – qeyd olunmalıdır;
4) Şəhər və ya rayon DSMF – dan arayış; (əlillik barədə)
QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək “Müharibə veteranı” statusu qazanmış şəxslər;
- Tələbənin şəxsiyyət vəsiqəsinin surəti;
- “Müharibə veteranı” vəsiqəsinin surəti və ya hərbi biletin 1-dən 7yə qədər səhifələrinin surəti;
- Hərbi komissarlıqdan arayış;
- DSMF arayışı;
QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.
Şəhid ailəsi üzvü (23 yaşınadək):
1) Tələbənin şəxsiyyət vəsiqəsi;
2) Tələbənin doğum haqqında şəhadətnaməsi;
3) Şəhid ailəsi vəsiqəsi;
4) Nigah şəhadətnaməsi;
5) Atasının (anasının, qardaşının, həyat yoldaşının) ölüm haqqında şəhadətnaməsi;
6) Hərbi komissarlıqdan arayış;
QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.
Sağlamlıq imkanlari məhdud 18 yaşınadək, habelə I və II dərəcə əlilliyi olan şəxslər.
1. Şəxsiyyət vəsiqəsi;
2. TSEK-in əlillik verilməsi barədə arayişi;
3. Şəhər və ya rayon DSMF – dan arayış; (əlillik barədə)
QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.
Bu imtiyazlardan yararlana bilməyən bakalavrlar e-ttkf.edu.az portalı ilə Təhsil Tələbə Krediti Fonduna müraciət edərək Sosial yaxud Standart tələbə kreditindən yararlana bilərlər. TTKF-ya müraciət etmək üçün aşağıdakı şərtlər ödənilməlidir.
- Balı 50+ olan bakalavrlar müraciət edə bilər;
- Notariusdan “Razılıq ərizəsi” alınmalı;
- Standart kreditin tələbi olan illik təhsil haqqının 20 % -in ödənilməli;
- Valideynlərin və tələbənin şəxsiyyət vəsiqəsi (Rəhmətə gedən valideynin ölüm
şəhadətnaməsi) - Tələbənin doğum haqqında şəhadətnaməsi;
TƏHSİL HAQQININ ÖDƏNİLMƏSİNDƏN AZADETMƏ KOMİSSİYASI
Dərslər
DOKTORANTLARIN VƏ GƏNC TƏDQİQATÇILARIN RESPUBLİKA ELMİ KONFRANSI (NASCO29)
Hörmətli gənc tədqiqatçılar!
15-16 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29)” keçiriləcək.
Konfrans ənənəvi (üz-üzə) formatda təşkil olunacaqdır ki, bu da müxtəlif bölgələrdən və elmi istiqamətlərdən olan iştirakçıların bir araya gəlməsinə və gələcək əməkdaçlıqların qurulmasına geniş imkanlar yaradacaqdır.
Konfransın əsas məqsədi gənc alim və tədqiqatçılara öz elmi tədqiqatlarının nəticələrini təqdim etmək, müxtəlif sahələr üzrə aktual problemləri müzakirə etmək, elmi əməkdaşlıq əlaqələri qurmaq və innovativ ideyalar üçün platforma yaratmaqdır. Elmin bütün sahələrini əhatə edən bu tədbirdə iştirakçılar bir araya gələrək elmi polemikalar aparmaq, təcrübə və bilik mübadiləsi etmək, eləcə də multidissiplinar yanaşmalar formalaşdırmaq imkanı əldə edəcəklər.
Konfransa təqdim olunacaq məqalə və tezislər ciddi elmi ekspertiza və rəy prosesindən keçiriləcək, etik prinsiplərə və akademik dürüstlüyə uyğunluğu yoxlanılacaqdır.
Qəbul edilmiş materiallar konfransın rəsmi toplusunda nəşr olunacaq və bu, əldə olunmuş mühüm elmi nəticələrin yayılması və gələcək tədqiqatlar üçün əlçatanlığın təmin edilməsinə xidmət edəcəkdir.
Ortaq elmi mühit yeni ideyaların yaranmasına, müzakirələr innovativ yanaşmaların inkişafına, qarşılıqlı əməkdaşlıq isə gələcək uğurlu layihələrin əsasının qoyulmasına səbəb olacaqdır.
Konfransın məqalə qəbulu:
1 oktyabr 2026-cı il tarixinədək
Məkan:
Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qəbulunu elan edir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na uyğun olaraq Gəncə Dövlət Universiteti 2026-2027-ci tədris ilində xarici ölkə vətəndaşları (əcnəbilər) üçün imtahansız, yalnız attestatla təhsilin bakalavriat, bundan əlavə müvafiq ali təhsili təsdiq edən diplomla magistratura və doktorantura səviyyələri üzrə tələbə qəbulu elan edir.
Təhsil haqqı bakalavriat səviyyəsi üçün 1000 azn, magistratura səviyyəsi üzrə isə 1500 azn təşkil edir. Əlavə heç bir ödəniş tələb olunmur!
Bakalavriat səviyyəsində təhsil almaq üçün universitetə müraciət edən əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Elektron ərizə/anket forması;
- Təhsil haqqında attestatın Azərbaycan dilinə tərcümə ilə notarial qaydada təsdiq olunmuş surəti (əsli ilə birlikdə);
- Tibbi arayışlar:
- Ümumi sağlamlıq,
- QİÇS,
- Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
4.Təmsil etdiyi ölkənin ümmumvətəndaşlıq pasportu;
5.Tərcümeyi-hal (CV);
6.3×4 ölçüdə 4 ədəd fotoşəkil.
Qeyd: Təhsilin magistratura səviyyəsinə daxil olmaq istəyən şəxslər əlavə olaraq ali təhsili təsdiq edən diplomu və diploma əlavəni Azərbaycan dilinə tərcümə olunub notarial qaydada təsdiq etməlidir.
Müraciət vaxtı və sənədləşmə:
Tədris ili üzrə sənədlər 15 iyul – 10 sentyabr 2026-cı il tarixlərində qəbul edilir. Ərizəçi ərizə formasını tam doldurmalı və tələb olunan bütün sənədləri aşağıda qeyd olunan veb səhifədən qeydiyyatını tamamlamalıdır:
Təhsil Portalı (portal.edu.az)
Ərizəçinin müraciəti ilkin olaraq məqbul hesab olunandan sonra əcnəbi vətəndaş sənədlərini Universitetin “Əcnəbi tələbələrin qəbulu kommisiyasına təqdim etməli və şifahi müsahibədən keçməlidir. Əks halda müraciət etibarsız hesab olunacaqdır.
Müsahibədə iştirak məcburidir!
Video təlimat: https://www.youtube.com/watch?v=4Cmf5oLCZMY
Vacib qeydlər:
- Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşayış icazəsini (DYİ seriyası) olan xarici vətəndaşların qəbulu Azərbaycan Respublikası vətəndaşları ilə eyni hüquqlu olmaqla Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında məqbul sayılır.
- Xarici ölkə vətəndaşlığı ilə yanaşı Azərbaycan Respublikası vətəndaşlığına da malik olan əcnəbilər universitetə əcnəbi statusu kimi müraciət etməsi qanun ilə qadağandır. Həmin şəxslər ali təhsil müəssisəsinə yalnız Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanları əsasında qəbul oluna bilərlər.
- Əyani təhsilalma forması üzrə qəbul olunan əcnəbi tələbələr qəbulun rəsmiləşdirildiyi tarixdən etibarən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasında qanuni yaşamasını təsdiq edən sənədin surətini universitetə təqdim etməlidirlər.
- Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsinin alınması ilə bağlı ətraflı məlumatla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz: https://www.migration.gov.az/az/page/73
https://www.migration.gov.az/ru/page/73
https://www.migration.gov.az/en/page/73
Əlaqələndirici şəxs:
Ruslan Məmmədov Beynəlxalq əlaqələr şöbəsinin müdiri
E-mail: info@gdu.edu.az ; ruslan_mammadov@gdu.edu.az
Əlaqə telefonu: (+99422) 256-73-13;
Mob.: (+99455) 222-05-12

Gəncə Dövlət Universitetində Magistratura səviyyəsi üzrə dərslər
Gəncə Dövlət Universitetində Magistratura səviyyəsi üzrə tədris prosesinin təşkili ilə bağlı bəzi məlumatları diqqətinizə çatdırırıq.
Dərslər 15 sentyabr tarixindən etibarən başlayır
Dərslər həftədə 4 gün olmaqla I-IV günlər tədris edilir
Dərslərin başlama vaxtı 17:00
Magistratura şöbəsi Universitetin V tədris binasında ( Ünvan: Gəncə şəhər, C.Rəfibəyli 57) yerləşir və bütün dərslər burada keçirilir.
Qeydiyyat onlayndır.
Dərslər başlayan zaman aşağıda qeyd olunan sənədlər şöbəyə təqdim olunmalıdır:
Bakalavr diplomunun əsli və ya notarial qaydada təsdiq olunmuş surəti (Cari ildə universiteti bitirənlər üçün diplom əvəzi arayış) Diploma əlavə olunan qiymət cədvəli
Şəxsiyyət vəsiqəsinin surəti
Magistratura səviyyəsinə qəbul olduğunuz barədə DİM-dən çıxarış sənədi
Şəkil -4 ədəd ( 3×4)
Ödəniş qəbzinin surəti

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ 2026/2027-Cİ TƏDRİS İLİNDƏ TƏKRAR (ƏLAVƏ) ALİ TƏHSİL ALMAQ ÜÇÜN SƏNƏD QƏBULU ELAN EDİR
Gəncə Dövlət Universiteti (GDU) 2026/2027-ci tədris ilində təkrar (əlavə) ali təhsil almaq üçün sənəd qəbulu elan edir.
Təkrar (əlavə) ali təhsilə tələbə qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az/ elektron portalı vasitəsilə həyata keçirilir. Təkrar ali təhsilə qəbul aparılması nəzərdə tutulan ixtisaslar aşağıdakı kimidir:
- Filologiya (Azərbaycan dili və ədəbiyyatı) (əyani)
- Tərcümə (ingilis) (əyani)
- Biologiya (əyani)
- Kimya (əyani)
- Ekologiya mühəndisliyi (əyani)
- Ekologiya (əyani)
- Kimya mühəndisliyi (əyani)
- Maşın mühəndisliyi (əyani)
- Kompüter elmləri (əyani)
- Dövlət və bələdiyyə idarəetməsi (əyani)
- Maliyyə (əyani)
- Menecment (əyani)
- Mühasibat (əyani)
- İqtisadiyyat (əyani, qiyabi)
- Biznesin idarə edilməsi (əyani, qiyabi)
- Marketinq (əyani,qiyabi)
- Turizm işinin təşkili (əyani, qiyabi)
- Turizm bələdçiliyi (əyani, qiyabi)
- Psixologiya(əyani)
- Tarix (əyani)
- Sosial iş (əyani, qiyabi)
- Məşqçilik (futbol, boks, yunan-Roma güləşi)(əyani)
- Məşqçilik (atetika, sərbəst güləş,)(əyani,qiyabi)
- Ümumi fiziki hazırlıq (əyani)
Əlavə ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla GDU arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə ali təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.
Əlavə ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri https://portal.edu.az/ elektron portala yükləyərək müraciət göndərməlidir:
- Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) əsli (pdf, jpg formatında),
- Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə əsli (pdf, jpg formatda);
Əlavə ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərin sənədləri işçi qrupu tərəfindən araşdırılır, sənədləri uyğun gələn şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlərə bir ixtisas fənnindən yazılı formada imtahan təşkil olunur. İmtahandan müvəffəq qiymət alan şəxslər müqavilə yolu ilə əlavə ali təhsil almaq üçün seçdiyi ixtisas üzrə tələbələr sırasına qəbul edilirlər. Təhsil – əyani və qiyabi təhsil formasında Azərbaycan dilindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.
Sənəd qəbulu prosesi 02 iyun 2026-cı il tarixdən başlayacaq.
REKTORLUQ
Gəncə Dövlət Universiteti 2026/2027-ci tədris ili üçün tədrisi ingilis dilində olan Kimya və biologiya müəllimliyi ixtisasında saathesabı qaydada dərs demək üçün ingilis dili üzrə bilik və bacarıqları olan peşəkar və ixtisaslı kadrlar dəvət edir
Gəncə Dövlət Universitetində tədrisi ingilis dilində olan Kimya və biologiya müəllimliyi ixtisasında 2026/2027-ci tədris ilində tədris olunacaq kimya və biologiya yönümlü fənlərdən dərs demək üçün ingilis dili üzrə bilik və bacarıqları olan mütəxəssislər dəvət olunur.
Tədrisi ingilis dilində olan Kimya və biologiya müəllimliyi ixtisasında tədris prosesində iştirak etmək istəyən namizədlərə qoyulan tələblər aşağıdakılardır:
- tədris edəcəyi fənnin profilinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almalı və ya digər xaricdə təhsil proqramları üzrə ingilis dilli kimya və biologiya proqramlardan məzun olmalıdır;
- beynəlxalq səviyyəli ingilis dili sertifikatlarına (TOEFL (80 və yuxarı), İELTS (6,5 və yuxarı) sahib olmalıdır;
- kimya və biologiya yönümlü fənlərin profilinə uyğun olaraq baza təhsili olmalı, bu sahədə elmi-tədqiqat işləri aparmalı və uyğun iş təcrübəsinə malik olmalıdır;
- kimya və biologiya yönümlü fənlərin profilinə uyğun olaraq yerli və xarici konfranslarda, təlimlərdə və s. iştirak etməlidir.
Qeyd edilən tələbləri ödəyən namizədlər arasından seçim zamanı ilkin olaraq universitet əməkdaşlarına üstünlük veriləcək.
Dərslər müqavilə əsasında icra olunacaq və əməyin ödənişi saathesabı qaydada həyata keçiriləcək.
Namizədlərə olan tələblər:
- Minimum magistratura təhsil səviyyəsinin məzunu;
- Müvafiq elmi ad və dərəcəsi olanlara üstünlük verilir;
- Tədrisin təşkili ilə bağlı bacarıqlar;
- Tədris texnologiyalarından (Müasir (innovativ) tədris texnologiyaları, İnteraktiv tədris metodları, Rəqəmsal tədris texnologiyaları və s.) istifadə bacarığı;
- Akademik səviyyədə müvafiq fənni bilmək;
- Vəzifənin etik davranış qaydalarına sadiqlik.
Tələb olunan sənədlər:
- Ərizə
- CV
- Bakalavr və magistr səviyyələri üzrə diplom və diploma əlavələrin surəti (notarial qaydada təsdiq olunmuş)
- Kadrların şəxsi uçotu vərəqi
- Şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd
- Tərcümeyi-hal
- Yaşayış yerindən arayış
- Sığorta kartının surəti
- Rəngli şəkil 4×5 1 ədəd
- Beynəlxalq sertifikatlar
- Qovluq
Qeyd: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.
Tələblərə cavab verən namizədlər 25 may 2026-cı il tarixədək sənədlərini Universitetin İnsan resursları şöbəsinə təqdim edə və CV-lərini info@gdu.edu.az e-mail ünvanına göndərə bilərlər.
Əlaqə telefonları: 022-266-70-33, 022-266-74-72









