

Millətin tərəqqisinin başlıca amili elmdir. Həmin millətin tarixini isə o millətin universitetlərində yetişən beyinlər yazır. Universitetlər düşünən, yaradıcı, milli və ümumbəşəri dəyərləri mənimsəyən fərdlərin yetişdirilməsində məsuliyyət daşıyır. 1938-ci ildə qurulmuş Gəncə Dövlət Universiteti həm fiziki imkanları, həm təlim-təhsil keyfiyyəti, həm də araşdırma təkmilləşdirmə infrastrukturu baxımından əhəmiyyətli bir nöqtəyə gəlmişdir. Gəncə Dövlət Universiteti olaraq qədim tarixə malik olan Nizami Gəncəvinin yurdu Gəncə şəhərinin adını daşımağın qürurunu duyuruq. Sizi bu qədim şəhərdə yerləşən 80 illik tarixə malik olan bir dövlət universitetində təhsil almaq imkanlarından yararlanmağa dəvət edirik.
Professor Yusif Yusibov
XƏBƏRLƏR

“YAŞAT” Fonduna 15 (on beş) min manat vəsait köçürüldü
Gəncə Dövlət Universitetinin Elmi Şurasının 30 mart 2021-ci il tarixli müvafiq qərarına əsasən universitetin hesabından Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna 15 (on beş) min manat vəsait köçürülüb. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış “YAŞAT” Fondunun […]

Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək
23-24 noyabr 2021-ci il tarixlərində doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən konfrans gəncləri elmi yaradıcılığa fəal surətdə cəlb etmək və onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etmək məqsədilə keçirilir. Konfransın istiqamətləri aşağıdakılardır: – Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, tibb, […]

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ KORONAVİRUS EPİDEMİYASINA QARŞI CİDDİ TƏDBİRLƏR DAVAM ETDİRİLİR
Dünyanı cənginə almış koronavirus epidemiyasının bir çox ölkələrdə ölümlə nəticələnməsinin artımı barədə xəbərlər yayılır. Bu dəhşətli xəstəliyə qarşı respublikamızda da bir sıra qabaqlayıcı tədbirlər görülür. Ölkə başçısının nəzarətində olan tədbirlərlə bağlı koronavirus epidemiyasının yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlərin intensivləşdirilməsi məqsədilə Gəncə Dövlət Universitetində qabaqlayıcı tədbirlər davam etdirilir. Gəncə […]

UNİVERSİTETDƏ 31 MART SOYQIRIM QURBANLARI ANILIB
Gəncə Dövlət Universitetində 31 Mart – azərbaycanlıların soyqırımı günü ilə bağlı professor-müəllim heyəti və tələbələr videokonfrans təşkil ediblər. Online keçirilən tədbirdə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva qeyd edib ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılmışdır. Bu dəhşətli hadisələrdən təxminən 70 il […]

UNİVERSİTETDƏ ELMİ ŞURANIN NÖVBƏTİ İCLASINDA BƏZİ MƏSƏLƏLƏR ƏTRAFINDA MÜZAKİRƏLƏR APARILIB
Gəncə Dövlət Universitetində(GDU) “Microsoft Teams” proqramı vasitəsilə Elmi Şuranın növbəti iclası online şəkildə təşkil edilib. İclası açan GDU-nun rektoru professor Yusif Yusibov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O, pandemiyanın davam etməsi ilə əlaqədar olaraq virusa qarşı təhlükəszliyin təmin edilməsi məqsədilə universitetdə tədrisin təşkili, karantin rejiminin tələblərinə ciddi riayət olunmasının təmin edilməsi kimi məsələlər ətrafında fikir […]

UNİVERSİTETDƏ “44 GÜNLÜK MÜHARİBƏDƏ TARİX YAZAN AZƏRBAYCAN” ADLI ONLİNE TƏDBİR TƏŞKİL EDİLİB
Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti “44 günlük müharibə və Böyük qayıdış” adlı online tədbir təşkil edib. Tədbirdə çıxış edən Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında oldular. Müzəffər Ali Baş Komandan yenə çox önəmli mesajlar verdi. Uğursuz […]

Elmmetriya-elm və texnikanın inkişaf indikatorları mövzusunda onlayn konfrans keçirilib
17 mart 2021ci ildə Clarivate platforması üzərindən Elmmetriya-elm və texnikanın inkişaf indikatorları mövzusunda onlayn konfransı keçirilmişdir. Konfransda Rusiya üzrə Thomson Reuters IP & Science bölməsinin rəhbəri O.Q.Utkin, UrFU Universitetinin rektoru V.A.Kokşarov və əməkdaşı M. A. Akoev, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti A.R.Xoxlov, Moskva İdarəetmə Məktəbi Skolkovo direktoru A. Volkov, V. Clarivate-dən V.G. Bogorov və D.Pendleberi, Sankt-Peterburq Dövlət Universitetindən O. Moskaleva […]

“Britaniya və Amerika jurnallarında nəşr olunma” adlı tədqiqat seminarı keçirilmişdir
2021-ci il martın 16-da Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə magistr, doktorant tələbələr, akademik heyət və tədqiqatçılar üçün nəzərdə tutulmuş virtual tədqiqat seminarı keçirilmişdir. Seminarda London Middlesex Universitetinin (Middlesex University London) fəxri professoru və həmçinin Azərbaycan Universitetinin professoru olan Paul Gibbs`in “Britaniya və Amerika jurnallarında nəşr olunma”mövzusunda təqdimatı dinlənilmişdir. Dünyada təhsil sahəsində çox tanınmış tədqiqatçı olan professor Gibbs yüksək impakt faktorlu akademik jurnallara məqalələrin […]

“Tələbələrin onlayn təhsildə iştirakı” adlı tədqiqat seminarı keçirildi
2021-ci il martın 15-də Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə növbəti virtual tədqiqat seminarı keçirilmişdir. Seminarın bu dəfəki qonağı Qazi Universiteti (Türkiyə) Təhsil fakültəsinin əməkdaşı Prof. Dr. Salih Şahin olmuşdur və spiker “Tələbələrin onlayn təhsildə iştirakı” mövzusunda çox maraqlı bir təqdimatla çıxış etmişdir. Prof. Dr. Salih Şahin təqdimatında istər üz-üzə və istərsə də […]

Gəncə Dövlət Universiteti “11-ci İnformasiya elmləri və informasiya savadlılığı” adlı Beynəlxalq Konfransda təmsil olunub
Gəncə Dövlət Universiteti “11-ci İnformasiya elmləri və informasiya savadlılığı” adlı Beynəlxalq Konfransda təmsil olunub. Rumıniyanın Lucian Blaga Sibiu Universiteti və Brasov Transilvania Universitetlərinin ev sahibliyi və universitetimizin beynəlxalq kredit mobilliyi proqramında tərəfdaş olduğu Limerik Texnologiya Universitetinin təşkilatçılığı ilə 2021-ci il 11-12 mart tarixləri arasında “11-ci İnformasiya elmləri və informasiya savadlılığı” adında Beynəlxalq online Konfrans təşkil […]

UNİVERSİTETDƏ “QADINLAR HƏYATIN MƏNASI, BƏZƏYİ VƏ ƏBƏDİ GÖZƏLLİYİDİR” MÖVZUSUNDA VİDEOKONFRANS TƏŞKİL EDİLİB
Martın 5-də Gəncə Dövlət Universitetinin 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş videokonfrans keçirilib. Universitet qadınları təbrik edən rektor Yusif Yusibov bu gün Azərbaycan qadınının cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini vurğulayıb. Rektor bildirib ki, Qadınların kişilərlə bərabərhüquqlu olmaq uğrunda apardığı mübarizəyə başlanğıc kimi 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində, geyim sektorunda çalışan yüzlərlə qadının […]

“Ali təhsildə davamlılığın təşviqi: davamlı inkişaf məqsədləri” adlı virtual tədqiqat seminarı keçirilmişdir
Gəncə Dövlət Universiteti İnnovasiyalar Departamentinin əməkdaşları Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il fevralın 26-da magistr, doktorant tələbələr, akademik heyət və tədqiqatçılar üçün nəzərdə tutulmuş növbəti virtual tədqiqat seminarında iştirak etmişdir. Seminar Valencia Politexnik Universitetinin (Polytechnic University of Valencia (UPV) əməkdaşı Dr. Elena de la Poza`nın təqdimatında “Ali təhsildə davamlılığın təşviqi: davamlı […]
ELANLAR

Elan
AzərbaycanRespublikasınınTəhsilNazirliyi
2021-ci il noyabrın 23-24 də
Azərbaycan Texniki Universitetində
Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika
elmi konfransını keçirir.
Konfransın istiqamətləri:
– Təbiət elmləri (riyaziyyat, fizika, kimya, biologiya, tibb, ekologiya, yer haqqında elmlər);
– Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompyuter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, nəqliyyat);
– Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat);
Məruzə tezislərinin tərtib olunma qaydaları
– Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılir, A4 formatlıstandart (210×297 mm) ağ kağızdaçapolunur;
– Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır;
– Mətnin əvvəlində məruzəninadı, onunaltındadoktorantın (tədqiqatçının) soyadı, adıvəatasınınadı, onunaltındaisə alitəhsilmüəssisəsininadıyazılır.
Məruzədə istifadə edilmiş elmi ədəbiyyataistinadvəmənbələrbuqaydadagöstərilir:
- Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.
- İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.
- Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir.
- İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir
(Məsələn, 2, cəh.222).
Məruzə tezisinin sonunda onun yazıldlğı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində) xülasə və açar sözlər (hər üç dildə) verilır.
Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1 mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi və müvafiq elmi müəssisənin kafedrasının (şöbəsinin) iclas protokolundan çıxarış əlavə olunur.
Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məruzələrin seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə veriləcəkdir.
Bu tələblərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilmir. Bu halda məruzə və əlavə olunan sənədlər geri qaytarılmır.Məruzə tezisləri tələb olunan sənədlərlə birlikdə müvafiq ali təhsil müəssisələrinin doktorantura şöbələrinə təqdim olunmalıdır.
Qeyd:
Doktorantlar və gənc tədqiqatçılar yalnız tezizlərini aşağıdakı e-mail ünvanlara göndərməlidirlər (tezisin üstündə hansı bölməyə təqdim olunduğu qeyd olunmalıdır məs:Tarix bolməsinə).
Məruzə tezislərinin qəbul olunması üçün son tarix 1iyul 2021-ci il.
E-mail ünvanları:
1.Riyaziyya, fizika, kimya, biologiya və tibb bölmələrinə təqdim olunan tezislər bolme-1-2-3@mail.ru 2.Neft –qaz, geologiya, informatika və avtomatikabölmələrinə təqdim olunan tezislər bolme-4.5.6@mail.ru 3.İqtisadiyyat,tarix və beynəlxalq münasibətlər bölmələrinə təqdim olunan tezislər bolme-7-8@mail.ru 4. Azərbaycan filologiyası vəxarici filologiya bölmələrinə təqdim olunan tezislər bolme-9-10@mail.ru 5. Hüquq, coğrafiya və ekologiya bölmələrinə təqdim olunan tezislər bolme-11-12@mail.ru 6.Pedaqogika və psixologiya bölmələrinə təqdim olunan tezislər bolme-13@mai.ru 7.Memarlıq və inşaat, musiqişunaslıq və mədəniyyətşunaslıq bölmələrinə təqdim olunan tezislər bolme-14-15@mail.ru 8.Mexanika, maşınşunaslıq, nəqliyyat və metallurgiya bolme-16@mail.ru | |

“QARABAĞIN İQTİSADİYYATININ GƏLƏCƏYİNƏ BAXIŞ: DAYANIQLI İNKİŞAFIN YENİ MODELİ”
“QARABAĞIN İQTİSADİYYATININ GƏLƏCƏYİNƏ BAXIŞ: DAYANIQLI İNKİŞAFIN YENİ MODELİ”
mövzusunda
beynəlxalq konfransa dəvət haqqında
Hörmətli həmkarlar!
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə “Qarabağın iqtisadiyyatının gələcəyinə baxış: dayanıqlı inkişafın yeni modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfrans (onlayn) keçiriləcəkdir. Konfransın əsas məqsədiAzərbaycanın uzun illər işğal altında qalmış ərazilərinin mövcud vəziyyətini, “Böyük qayıdış”ın sosial, iqtisadi, demoqrafik və infrastruktur məsələlərini, habelə layiqli insan həyatının təmin olunmasını elmi əsaslarla beynəlxalq səviyyədə müzakirə etməkdən ibarətdir.
Sizi böyük məmnuniyyətlə 25 may 2021-ci il tarixində keçiriləcək “Qarabağın iqtisadiyyatının gələcəyinə baxış: dayanıqlı inkişafın yeni modeli” mövzusunda beynəlxalq konfransda iştirak etməyə dəvət edirik.
Konfrans haqqında ətraflı məlumatı https://unec.edu.az saytının “Elanlar” bölməsindən əldə edə bilərsiniz.
Əlavə suallarınız yaranarsa, g.rahimli@unec.edu.az elektron poçtu vasitəsilə İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Günay Rəhimli ilə əlaqə saxlaya bilərsiniz.


İtaliyanın Ka Foskari Venesiya Universitetində Erasmus+ mübadilə proqramı ilə təhsil imkanı
Əziz tələbələr, doktorantlar və müəllimlər!
Avropa Komissiyasının “Erasmus Plus Key Action 1” ikitərəfli razılaşma protokoluna əsasən Gəncə Dövlət Universiteti və İtaliyanın Ka Foskari Venesiya Universiteti arasında mövcud olan layihə əsasında İtaliyanın Venesiya şəhərində qısa müddətli mübadilə imkanı təklif olunur.
Erasmus+ proqramının əsas şərtləri:
- xarici universitetə təhsil haqqı ödənilmir;
- tələbələrin yol xərcləri qarşılanır;
- bir semestr ərzində tələbələrə aylıq təqaüd verilir;
- bir semestr təhsil almaq imkanı;
- yerlər üzrə müsabiqə keçirilir;
- gedəcək ölkənin xarici dilini sərbəst bilməlidir (ingilis dili B2/C1 səviyyəsində);
- magistr pilləsi üzrə təhsil alan GDU tələbələri 1 semestr (5 ay) olmaqla mübadilə imkanı qazana bilər;
- GDU-nun müəllim və doktorantları 2 və ya 3 həftə olmaqla mübadilə imkanı qazana bilər;
- Layihədə mübadilə imkanı yalnız humanitar (İngilis dili və arxeologiya sahələrində) sahədə təhsil alan magistratura tələbələri və ingilis dilinin tədrisi sahəsində çalışan müəllim və doktorantlara şamil olunur.
Tələb olunan sənədlər:
Magistr tələbələr üçün:
- Ərizə anket forması (elana əlavə olunub);
- Təhsil protokolu (elana əlavə olunub);
- Pasportun sürəti;
- Magistr/ doktorantura proqramına qeydiyyatdan keçdiyinizə dair sənədin surəti (məsələn, qəbul sənədi);
- Transkriptin surəti;
- Rəsmi ingilis dili sertifikatlarının surəti (varsa) və ya dil ixtisaslarına dair aldığı (ingilis dili) sertifikatların surəti;
- CV – Fərdi fəaliyyətlər (kurslar, seminarlar, konfranslar, nəşr olunmuş tədqiqatlar və s.) və ixtisasla əlaqəli peşəkar təcrübəni əks etdirən ingilis dilində hazırlanmış CV (maksimum 2 səhifə). Linkdə verilən “Europass CV” şablonundan istifadə etməniz məsləhət görülür: https://europass.cedefop.europa.eu/en/documents/curriculum-vitae/templates-instructions.iehtml;
Müəllimlər və doktorantlar üçün:
- Ərizə anket forması (elana əlavə olunub)
- Təhsil protokolu (elana əlavə olunub)
- Ka Foskari Venesiya Universitetində gələcək akademik rəhbər / şöbə müdiri tərəfindən imzalanmış, ərizəçiyə mentorluq edəcəyinə dair razılıq məktubu. Bu namizədlər haqqında məlumat əldə etmək üçün international.cooperation@unive.it email ünvanına (bir CV və tədqiqat planı göndərməklə) müraciət edilməlidir;
- CV – Fərdi fəaliyyətlər (kurslar, seminarlar, konfranslar, nəşr olunmuş tədqiqatlar və s.) və ixtisasla əlaqəli peşəkar təcrübəni əks etdirən ingilis dilində hazırlanmış CV (maksimum 2 səhifə). Linkdə verilən “Europass CV” şablonundan istifadə etməniz məsləhət görülür: https://europass.cedefop.europa.eu/en/documents/curriculum-vitae/templates-instructions.iehtml;
- Elmi iş haqqında plan;
Son müraciət tarixi: 01 aprel 2021-ci il.
Müraciət üçün: international.cooperation@unive.it mail ünvanına sənədlər PDF formatında göndərilməlidir.
Əlavə məlumat əldə etmək istəyənlər aşağıdakı linkə daxil ola bilər: https://www.unive.it/pag/11720/?L=0

AVROPA UNİVERSİTETİ İNSTİTUTU VƏ VİSEQRAD TƏQAÜD FONDU İLƏ TƏHSİLİNİZİ ARTIRMA İMKANI ƏLDƏ ETMƏYƏ TƏLƏSİN
Avropa Universiteti İnstitutu və Viseqrad Fondu Viseqrad Qrupu (V4) ölkələrinin (Çexiya, Macarıstan, Polşa, Slovakiya) universitetlərində təhsil almaq üçün magistratura və magistraturadan sonrası (post-master) dərəcələri üzrə təqaüdlərini təklif edir.
Tələbələr/tədqiqatçılar 4 semestrədək V4 ölkələrindəki hər hansı bir akkreditə olunmuş ali təhsil müəssisəsində təhsil/tədqiqat üçün müraciət edə bilərlər.
Təqaüddən 2500 avro təqaüdçüyə və 1500 avro qəbul edən təhsil müəssisəsinə verilir.
Müraciət üçün son tarix və təqaüd proqramı ilə bağlı bütün məlumatları aşağıda qeyd olunan sayt vasitəsi ilə əldə edə bilərsiniz:

İSLAM İNKİŞAF BANKI 2021-2022-Cİ İLLƏR ÜZRƏ TƏQAÜD PROQRAMI ELAN EDİR
Proqram ali təhsil müəssisələrində (bakalavriat, magistratura və doktorantura səviyyələrində) təhsil alan tələbələrə təqaüdün verilməsini nəzərdə tutur.
Proqram haqqında ətraflı məlumatı İslam İnkişaf Bankının rəsmi saytından (https://www.isdb.org/scholarships) əldə etmək olar. Maraqlı şəxslər 28 fevral 2021-ci il tarixinədək Bankın saytında qeydiyyatdan keçməklə öz ərizə formalarını dolduraraq elektron qaydada təqdim etməlidirlər.

SINAQ İMTAHANININ TƏLİMATI
Bakalavriat təhsil səviyyəsində əyani təhsil alan tələbələr üçün 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında məsafədən (online) imtahana hazırlıq məqsədi ilə təşkil olunacaq
SINAQ İMTAHANININ TƏLİMATI
Sınaq imtahanının keçirilməsində məqsəd 12.01.2021-ci il tarixində başlayan payız imtahan sessiyasında tələbələrə imtahan prosesində suallara baxmaq, cavablandırmaq, imtahanı yekunlaşdırmaq, imtahan balını öyrənmək, qeyd etdiyi sualların düzgünlüyünü bilmək və bütün qrup tələbələrinin qiymətlərini öyrənmək kimi vərdişləri aşılamaqdan ibarətdir. Sınaq imtahanında Azərbaycan coğrafiyası və Vətən müharibəsi ilə bağlı 10 test verilir.
Testlər çətinlik dərəcəsinə görə müxtəlif balla qiymətləndirilir. 6 test (3bal), 3 test (5 bal) və 1 test (7bal) verilir. İmtahanda maksimum 40 bal toplanıla bilər.
Sınaq imtahanı bütün ixtisasların I, II, III, IV və V kurslarında 07.01.2021-ci il tarixlərində təşkil ediləcək.
Sınaq imtahanı saat 10-da I və II kurslar, saat 11 -də isə III, IV və V kurslar üçün təşkil olunacaq.
İmtahan üçün 10 dəq + əlavə 5 dəq vaxt müəyyən edilib. 10 dəq vaxt imtahan üçün, əlavə verilən 5 dəq vaxt isə imtahanın bitirilməsi üçün nəzərdə tutulub.
Nələri bilmək vacibdir:
- Bütün suallar vahid pəncərədə əks olunur. Səhifəni aşağı və yuxarı istiqamətdə hərəkət etdirməklə birinci və sonuncu suala baxmaq mümkündür;
- İstənilən bir sualın cavabını imtahanı sonlandırmadan öncə yenidən dəyişmək mümkündür. Hər bir sualın yalnız bir doğru cavabı var;
- Hər bir tələbyə təqdim olunan testlər biri-birindən fərqlənir. Proqram bazada olan sualları və cavabları qarışdırdıqdan sonra tələbələrə təqdim edir;
- Hər bir sualın qarşısında həmin sual üçün verilən bal göstərilmişdir;
- Suallara istənilən ardıcıllıqla cavab vermək olar. Bilmədiyiniz sualı cavablandırmadan digər suala keçmək mümkündür;
- Səhv qeyd edilmiş cavaba görə düzgün cavabların ümumi balından heç bir bal silinmir.
Test imtahanının nəticələrinin təsdiqindən sonra imtahandan toplanan bal ekranda əks olunacaq. Yəni imtahanın sonunda bütün testlərə düzgün cavab verildiyi halda toplanması mümkün olan ümumi bal (40 bal), tələbənin qeyd etdiyi düzgün testlərə əsasən verilən imtahan balı əks olunacaq. Qeyd edək ki, 10 dəqiqədən əvvəl imtahanı bitirən tələbələrin qiymətini sistem yaddaşında saxlamır. 10 dəqiqə tamam olduqdan sonra isə mütləq təsdiq düyməsini qeyd etmək lazımdır. Əgər təsdiq düyməsi sıxılmazsa bu qiymətləri imahandan sonra bərpa etmək mümkün deyil. Microsoft Teams sistemində bu tip məsələnin həlli nəzərdə tutlmayıb. (İmtahandan sonra bu tip şikayətlərin baxılması sistemdə nəzərdə tutlmadığından mümkün deyil). İmtahan başa çatdıqdan sonra bütün tələbələr imtahan qiymətlərini biləcəklər.
Nəticələrə baxın düyməsini sıxmaqla nələri görmək mümkündür:
- sistem tərəfindən avtomatik olaraq hesablanmış ümumi bal,
- imtahan ərzində düşən hər bir sual,
- hər bir suala verilən cavab (düzgün və ya səhv).
İmtahandan 1 saat sonra hər bir qrupun imtahan səhifəsində qrupun yekun imtahan cədvəli əks olunacaq və hər bir tələbə qrupda bütün tələbələrin qiymətlərini görə bilərlər.
Tələbəyə imtahandan əvvəl və ya imtahan zamanı universitetdən video zəng olacaq.Tələbə telefonu açmalı, telefon ilə imtahan otağını, iş masasının üstünü vizual olaraq göstərməlidir. Tələbəyə imtahan prosesində heç kəs kömək etməməlidir.
Qeydlər
- Microsoft Teams platformasına daxil olmaq üçün istifadə olunan şifrələri yadda saxlamaq çox vacibdir. Universitetdən məzun olana qədər bu şifrələr istifadə olunacaq. Şifrəni unutmamaq üçün mütləq qeyd etmək və saxlamaq lazımdır;
- Tələbə hökmən sınaq imtahanında iştirak etməlidir;
- Tələbə imtahana qədər təhsil haqqını ödəməlidir;
- Tələbə imtahanda iştirak etməzsə həmin imtahan üçün təşkil ediləcək təkrar imtahanda heç bir güzəştdən istifadə edə bilməyəcək.
Bu təlimat sınaq imtahanı üçün nəzərdə tutulmuşdur. Daha ətraflı məlumat üçün “Bakalavriat təhsil səviyyəsində əyani təhsil alan tələbələr üçün 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında məsafədən (online) imtahan zamanı Microsoft Teams platformasından istifadə haqqında TƏLİMAT” sənədinə baxmaq tövsiyyə olunur.