İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsi

Şöbə müdiri – Razim İzəddin oğlu Əliyev

1984-cü ildə Gəncə şəhərində anadan olub. 2005-ci ildə GDU-nun Riyaziyyat və informatika ixtisasını bitirmişdir. O, 2012-2013-cü illərdə ABŞ-ın Oklahoma Universitetində Təlimdə Psixologiya və Texnologiya, 2014-2015-ci illərdə İtaliyanın Pavia Universitetində Kompüter Elmləri və Multimedia, 2013-2017-ci illərdə GDU-da İnformatika, nəhayət 2021-2022 –ci illərdə İsveçin KTH Kral Texnologiya İnstitutunda Sahibkarlıq və İnnovasiya Menecmenti proqramı üzrə təhsil almışdır. GDU-da işlədiyi müddətdə Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdirilən “Azərbaycanda yerli texnoloji startapların təşviqinə texniki dəstək” layihəsinin işçi qrupunun üzvü, Avropa Komissiyasının EQAC, PETRA, MEDIATS, REFRESH və AESOP kimi bir çox Erasmus+ layihələrində menecer və işçi qrupun üzvü kimi aktiv iştirak etmiş, ali təhsildə keyfiyyətin təminatı və təhsilin inkişafı üzrə beynəlxalq ekspert qruplarında təmsil olunmuşdur. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Yaşıl şəhərlər” proqramı çərçivəsində həyata keçirilən “Gəncə Yaşıl şəhər” Fəaliyyət Planının hazırlanması zamanı yerli əlaqələndirici şəxs kimi fəaliyyət göstərmişdir.