İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsi
Daxili və xarici texnologiya transferi bazarının potensialının dəyərləndirilməsi, tədqiqat və işləmə sahəsində əməkdaşlıq, maliyyə vəsaitlərinin araşdırılması kimi işlər icra edilir. Yerli və xarici elmi-tədqiqat müssisələri, kommersiyalaşdırma mərkəzləri arasında innovasiya texnologiyaları üzrə informasiya mübadiləsi təşkil edilir. Universitet ilə istehsalat və biznes sahələri arasında strateji əməkdaşlıqlar yaradılır.
Şöbə müdiri – Razim İzəddin oğlu Əliyev
1984-cü ildə Gəncə şəhərində anadan olub. 2005-ci ildə GDU-nun Riyaziyyat və informatika ixtisasını bitirmişdir. 2012-2013-cü illərdə ABŞ-ın Oklahoma Universitetində Təlimdə Psixologiya və Texnologiya, 2014-2015-ci illərdə İtaliyanın Pavia Universitetində Kompüter Elmləri və Multimedia, nəhayət 2013-2017-ci illərdə GDU-da İnformatika ixtisası üzrə magistratura səviyyəsində təhsil almışdır.
Ekspert-konsultant – Sevinc Bakir qızı Quliyeva
1989-cu ildə anadan olmuşdur. 2007-2011-ci illərdə Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsində təhsil almışdır. 2013-cü ildə GDU-nun Ümumi riyaziyyat kafedrasında magistratura səviyyəsini bitirmişdir. 2017-ci ildən indiyədək GDU-da çalışır. Analitik həndəsə və xətti cəbr fənlərini tədris edir. 2018-ci ildən İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsində işləyir.
Ekspert-konsultant – Rəşad Roman oğlu İsgəndərov
1984-cü ildə anadan olub. 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq ixtisası üzrə bakalavr təhsili, 2006-2009-cu illərdə Türkiyə Respublikasının Ege Universitetində magistr təhsili almış, hal-hazırda Türkiyə Respublikasının Manisa Celal Bayar Universitetində menecmentlik ixtisası üzrə doktorantdır.
2016-cı ildə Ağstafa Sənaye Kombinatı ASC-də hüquqşünas vəzifəsində, eyni ildən Azərbaycan Respublikasi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə Telekommunikasiya İdarəsində hüquqşünas vəzifəsində işləmiş, 2017-ci il tarixdən GDU-nun İnnovasiyalar Departamentində İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsində ekspert-konsultant vəzifəsində, həmçinin universitetinin Tələbə Ombudsman Mərkəzində Tələbə Ombudsmanı vəzifəsində işləyir.
Marketoloq – Orxan Natiq oğlu Məmmədov
1994-cü ildə Gəncə şəhərində anadan olub. 2012-ci ildə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin İqtisadiyyat ixtisasına daxil olub. İlk günlərdən Tələbə Gənclər Təşkilatında aktiv fəaliyyət göstərməyə başlayıb. Təşkilatın sədr müavini, 2014-cü ildə Tələbə Gənclər Təşkilatının sədri seçilib. 2018-ci ildən İnnovasiyalar Departamentində İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsində marketoloq vəzifəsində işləyir.