İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsi (İKT) 2007-ci ildə universitetin mövcud və gələcəkdəki informasiya strukturunun etibarlı və müasir bir şəkildə fəaliyyətini təmin etmək üzrə qurulmuşdur.

İKT şöbəsi qurulduğu gündən universitetdə bir çox mühüm işlər görmüşdür. 2008-ci ildə universitetdə bütün universiteti əhatə edən lokal şəbəkə quraşdırılmışdır. Universitetin hər bir tədris binasında Wireless antenalar qurularaq istifadəyə verilmişdir. Access Point (Wi-Fi) vasitəsi ilə universitet ərazisində internet şəbəkəsi qurulmuşdur. 2014-cü ildə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə tədris korpuslarına fiber optic kabel çəkilmişdir. Optik kabellərin avadanlıqları qurularaq LAN şəbəkəyə (Gigabit Ethernet -1000 Mbps) transfer edilmişdir. Daxili şəbəkə kabelləri yenidən qurulmuşdur. Hazırda universitet tam yüksək surətli internetlə təmin olunmuşdur. Nəticədə bir çox xarici universitetlərlə HD keyfiyyətli video bağlantılar, telekörpülər qurulmuş, xarici universitetlərlə əlaqələr daha da möhkəmlənmişdir.

Şöbənin mütəxəssisləri tərəfindən Gəncə Dövlət Universitetinin rəsmi internet səhifəsi və fakültələrin saytları hazırlanmışdır. Sosial şəbəkələrdə rəsmi səhifələr yaradılıb. Universitetin həyatında gündəlik baş verən bütün hadisələr səhifələrdə yerləşdirilir.

Universitetin rəsmi internet səhifəsi: www.gdu.edu.az, e-mail adresi isə: info@gdu.edu.az  office@gdu.edu.az

Universitet kollektivinin kompüter biliklərini artırmaq məqsədilə bir çox kurslar və seminarlar keçirilir. Şöbənin əsas vəzifələrindən biri də universitetdəki kompüterlərin təhlükəsizliyini təmin etmək və texniki xidmət göstərməkdir. Şöbədə əlavə olaraq proqramların hazırlanması, veb səhifələrin dizayn olunması, qrafik dizayn işləri, şəbəkələrin və yüksək səviyyəli təhlükəsizlik sistemlərinin qurulması, serverlərin sazlanması, onların təhlükəsizliyinin təmin edilməsi işləri də yerinə yetirilir. Universitetin bütün tədris binalarında nəzarət kameraları birləşdirilmiş, şöbə, kafedra və fakültələr yeni informasiya texnologiyaları avadanlıqları ilə təmin olunmuşdur. 2014-cü ildən tədrisin keyfiyyətini artırmaq məqsədilə tədris otaqlarında ağıllı lövhələr quraşdırılmışdır.

Departamentin məqsədi texnologiyanı yaxından izləyərək, təhsil və araşdırmalara dəstək təmin etmək, universitetin ehtiyac duyacağı digər məlumat əməliyyat xidmətlərini qüsursuz yerinə yetirməkdir. Universitetlər arasında informasiya infrastrukturu, istifadəçi məmnuniyyəti, təşkil edilən fəaliyyətlər, verilən xidmət keyfiyyəti və müxtəlifliyi baxımından ən üst sıraya yerləşmək, dünyanın nüfuzlu universitetlərinin məlumat-əməliyyat mərkəzləri ilə müqayisə edilə bilən keyfiyyət və texnologiyaya sahib ola bilməkdir.

Şöbə müdiri – Asif İlkan oğlu Həsənov 

29 yanvar 1985-ci ildə Gəncə şəhərində anadan olub. 2005-ci ildə Gəncə Dövlət Universitetinin fizika ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2007-2009-cu illərdə Erasmus Mundus proqramı çərçivəsində Yunanıstanın Saloniki şəhərində ATEİ-də (Alexander Technological Educational Institute of Thessaloniki) MBA ixtisası üzrə magistr təhsili alıb. 2012-ci ildə Azərbaycan İqtisad Universitetində MBA – Menecment ixtisası üzrə magistr təhsili alıb və həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildən İKT şöbə müdiri vəzifəsində çalışır.


Mühəndis proqramçı – Samir Asəf oğlu Piriyev 

1985-ci ildə Gəncə şəhərində anadan olub. 2009-cu ildə Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsinin İnformatika ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2010-cu ildən İKT şöbəsində muhəndis-proqramçı vəzifəsində işləyir.

Operator – Məsumə Xəqani qızı Əliyeva

1989-cu ildə Gəncə şəhərində anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunda İbtidai Təhsilin Pedaqogikası və Metodikası fakültəsində təhsil alıb. 2013-cü ildən İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsində operator vəzifəsində çalışır.