Gəncə Dövlət Universitetinin qısa tarixi

Azərbaycan Xalq Komissarlar Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə Kirovabadda (Gəncədə) N.K.Krupskaya adınaİkiillik Müəllimlər Institutu açıldı. İnstitut üçün münasib baza olmadığından şəhərin M.Qorki adına 1 nömrəli məktəbinin üçüncü mərtəbəsi bütünlüklə yeni təşkil olunmuş təhsil ocağının sərancamına verildi. Ilk vaxtlar üçün institutda iki ixtisas – təbiyyət və fizika-riyaziyyat fakültələrinin təşkili planlaşdırıldı. Gəncə İkiillik Müəllimlər İnstitutu 23 müəllim və 244 tələbə ilə 01 oktyabr 1938-ci ildə fəaliyyətə başladı.
1939-cu ildə institutda daha iki yeni fakültə – tarix, Azərbaycan dili və ədəbiyyat fakültələri yaradıldı. Eyni zamanda təbiyyət fakültəsi təbiyyət-coğrafiya fakültəsi kimi yenidən quruldu.
01 sentyabr 1943-cü ildən etibarən İMİ-ti ləvğ olunur, həmin təhsil ocağı yenidən qurularaq onun bazasında tam ali təhsil verən, ümumtəhsil məktəbləri üçün müxtəlif fənlərdən yüksək ixtisaslı müəllim kadrları hazırlayan dördillik Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutu yaradılır.
1943 – 1944-cü tədris ilinin payızında instituta Azərbaycanın görkəmli maarif-pərvəri, torpaqşünaslıq və aqrokimya elmlərinin banisi – ensiklopedik alim Həsənbəy Zərdabinin adı verildi.
13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Gəncə Dövlət Universiteti adlandırılmışdır.
Hal-hazırda universitetdə 8 fakültə və 10 şöbə – aspirantura və doktorantura, magistratura, qiyabi, informasiya və kommunikasiya texnologiyaları, xarici əlaqələr, kadrlar, nəşriyyat, tədris, tədris-metodiki, xüsusi şöbə fəaliyyət göstərir.
Gəncə Dövlət Universitetində təhsil

Uzun illər ərzində akademik ənənələrin formalaşması sayəsində Gəncə Dövlət Universiteti elmi tədqiqatların təşkili və tətbiqi istiqamətində geniş təcrübə qazanmışdır. Universitetdə əsaslı və son elmi nailiyyətləri öündə əks etdirən fondlar toplanmışdır.
Gəncə Dövlət Universiteti təhsilin və elmin yüksəlişi üçün bacarıqlı müəllim heyyəti hazırlamışdır. Humanitar və ictimai elmlər sahəsində, fizika-riyaziyyat, informatika, təbiət elmləri, pedaqogika və psixologiya, musiqi, təsviri incəsənət və s. istiqamətlərdə bakalavr, magistr, aspirant və doktorant təhsilini təşkil edir. Bakalavr təhsili 4 il davam edir və bakalavr dərəcəsi verilir. Magistr dərəcəsi 2 il davam edir və sonda magistr dərəcəsi verilir. Xüsusi professional tədqiqatlar tələbələrə yüksək səviyyəli kadrlar kimi yetişməyə imkanlar yaradır.
Məqsəd və gələcəyə baxış

Gəncə Dövlət Universitetinin missiyasına kəsilməz və mərhələli təhsil prosesini təşkil etmək, elmi mühiti formalaşdırmaq, intellektual səviyyəli müəllim kadrlarını və elm adamlarını yetişdirmək, bu kadrlarla Azərbaycanın təhsil və elmi müəssisələrini təmin etmək, Azərbaycan mədəniyyəti və incəsənətinin daha da inkişaf etdirilməsi daxildir.
Fikir azadlığı və fikirlərin müxtəlifliyi universitet cəmiyyətinin əsas dəyərlərindən biridir. Tədqiqat və təhsil prosesi birlikdə universitetin nüvəsini təşkil edir. Universitet geniş spektrli fundamental və tətbiqi tədqiqatlardan özündə cəmləşdirir. Avropa tədqiqatlarını özündə yüksək səviyədə bəhrələnmək, təhsil əhatəsini genişləndirmək və yeniləşdirmək Gəncə Dövlət Universitetinin bu günü və gələcəyidir.
Universitiet planlı şəkildə humanitar, təbiyyət və dəqiq elmlər sahəsində aparılan tədqiqatların cəmiyyətdə və praktikada təsirini balanslaşdırır və inkişafına zəmanət verir.
Tədqiqat

Elmi inkişaf və qlobal tədqiqat mərkəzləri ilə genişlənən əlaqələr Gəncə Dövlət Universitetində müxtəlif istiqamətlərdə elmi nəticələrin alınmasına imkanlar yaratmışdır. Tədqiqat nailiyyətləri və son illərdə Avropaya inteqrasiya, informasiya kommunikasiya texnologiyası, riyazi elmlər, kimya, biologiya və s. sahələrdə yeni müasir tədqiqat sahələrinin meydana çıxmasına və qlobal elmi dəyişikliklərin yaranmasına imkanlar yaratmışdır. Gəncə Dövlət Universitetində Büküm tənliklər nəzəriyyəsi, Differensial və inteqral operatorlar nəzəriyyəsi sahəsində çox mühüm nəticələr alınmışdır. Büküm tənliklər nəzəriyyəsində büküm tənliklərinin, həmçinin sonlu və sonsuz büküm tənliklər sisteminin həllinin varlığı və yeganəliyi üçün zəruru və kafi şərt teoremləri, büküm opratorları üçün approksimasiya məsələsi, Adamar məsələsi və bir sıra digər məsələlər verilmişdir. İlk dəfə olaraq isbat olunmuşdur ki, analitik funksiyaya büküm tənliyinin həlli kimi baxmaq olar. Analitik funksiyanın bu yeni tərifi Analitik funksiyalar nəzəriyyəsini yeni metodologiya və yeni terminologiya ilə yazmağa imkan verir. Alınan bu mühüm elmi nəticələr bir tərəfdən elektron texnologiyasının, həmçinin kompüter texnikasının, fundamental nəzəri məsələlərinin həllində böyük praktik əhəmiyyətə, həmçinin bir çox riyazi nəzəriyyələrin inkişafında mühüm əhəmiyyətə malikdir.
İkinci mühüm elmi nəticələr ekosferanın və bioloji müxtəlifliyin qorunub saxlanması, biologiya və botanika sahəsində, Azərbaycanın Qərb regionun flora və faunasının tədqiqi sahəsində alınmışdır.
Başqa bir tədqiqat sahəsi Kimya və biokimya sahəsidir. Bu tədqiqat sahəsində də bir çox praktik və nəzəri nəticələr alınmışdır.
Müasir era Azərbaycan Tarixi, fəlsəfəsi, ədəbiyyatı mədəniyyəti və incəsənəti kimi mühüm sahələrin inkişafı üçün yeni imkanlar yaratmışdır. Bu imkanlar Azərbaycanın hüquqi islahatlarına, Azərbaycanda siyasi fikir, siyasi sistemlər və iqtisadi-sosial inkişafa yol açmışdır.
Gəncə dövlət Univeristeti Azərbaycan elminin yenidən qurulmasında mühüm işlər görür. Universitetin alimləri və gənc tədqiqatçıları bir sıra milli və beynəlxalq elmi nailiyyətlər qazanmışlar. Azərbaycan Milli Elmlər Akedemiyasının, Avropa Elmi təşkilatlarının və başqa beynəlxalq təşkilatların alimləri tərəfindən onların naliyyətləri yüksək qiymətləndirilmişdir.
Beynəlxalq əlaqələr

Son illərdə universitetdə beynəlxalq əlaqələrin ginişlənməsi, xarici ölkələrin təhsil və elmi müəssisələri ilə əməkdaşlığa imkan vermişdir. GDU beynəlxalq əlaqələrin qurulmasına, genişlənməsinə və qabaqcıl dünya təcrübəsindən istifadəsinə çox önəm verir. 1995-ci ildə Gəncə Dövlət Universitetində beynəlxalq əlaqələr şöbəsi yaradılmışdır. Elə bu ildən etibarən GDU Avropa İttifaqının “TEMPUS” təhsil proqramı ilə əlaqə saxlamaq üçün fəal təşəbbüs göstərmişdir. Bu məqsədlə Fransanın Amien şəhərinin Jül Vern adına Prikardiya Universitetinin professor ekspertləri Sarqur Qamçal və Kolet Pikar GDU-nə dəvət olunmuşlar. Onlar professor, müəllim və tələbə heyyəti ilə görüşmüş, tədris laboratiyaları ilə tanış olmuş, fikir mübadiləsi aparmış, tələbə və müəllimlər qarşısında məruzələrlə çıxış etmişlər.
Avropa Birliyinin maliyələşdirdiyi Erasmus-Mundus Proqramı əsasında həyata keçirilən “Tələbə, magistr, aspirant, doktorant hazırlığı, professor və müəllimlərin Avropa Universitetlərində elmi-tədqiqat imkanlarının və nəzəri biliklərinin artırılması layihəsi” çərçivəsində beynəlxalq əlaqələr daha da genişləndirilmişdir. Bu layihə konsorsum üzvləri tərəfindən həyata keçirilir və konsorsumda Hollandiya, Fransa, İtaliya, Portuqaliya, Yunanıstan, Bolqarıstan, Litva, Latviya, Azərbaycan, Gürcüstan universitetləri birləşirlər. Azərbaycan tərəfdən konsorsumda Gəncə Dövlət Universiteti, Xəzər Universiteti və Turizm Universitetləri iştirak edir.
Bundan başqa GDU Türkiyənin Kars Kafkaz Universiteti, Fransa Səfirliyinin Mədəniyyət Şöbəsi, Almaniya Respublikası Səfirliyi, Almanyanın “DAAD” təşkilatı, “Tasis” proqamı üzrə “Avropa dilləri öyrədilməsi mərkəzi”, Ingiltərənin Nottingem Trent Universiteti ilə əməkdaşlıq edir.
GDU beynəlxalq fondlarla əməkdaşlıq edərək müxtəlif layihələrin həyata keçirilməsinə dəstək almışdır (ACİ-YF, Visgrad found və s).