Şöbə 1995-ci ildə yaradılmışdır. Aşağıda qeyd olunan prosesləri tənzimləyir: Təhsil müəssisələri, elmi və ictimai təşkilatlar, agentliklər, digər ölkələrin fondları ilə əməkdaşlıq etmək; Beynəlxalq Əlaqələr ilə əlaqəsi olan nazirliklər, təhsil müəssisələri, Azərbaycanın ictimai və özəl təşkilatları ilə əməkdaşlıq etmək; birgə tədqiqat, professional-tədris strukturunda mübadilələr sahəsindəki xarici partnyorlar və tələbələr ilə əlaqələrin yaradılması; xarici ölkə vətəndaşlarının universitetdə bakalavriat, magistratura və doktoranturada təhsil almalarını təşkil etmək; məlumatın təmin edilməsi, məsləhətçi köməyi və şöbələrə köməklik göstərilməsi ilə bağlı universitetin müəllim və tələbərini ümumi tədqiqat, hazırlıq kursları və xaricdə təcrübə keçmək imkanları ilə təmin etmək; universitetin müəllim və tələbələrinin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi üçün imkanlar yaratmaq; xarici ölkələr üçün ekspertlərin hazırlanmasının həyata keçirilməsi üçün ingilis, alman, rus və fransız dillərində elmi-metodiki ədəbiyyatın inkişafını və nəşrini təşkil etmək; beynəlxalq fəaliyyət və onun təkmilləşdirilməsi sahəsində təkliflər haqqında ümumiləşdirmə və hesabatların analizlərini aparmaq; xarici rəsmi nümayəndələrin qarşılanmasını təmin etmək; xarici partnyorlarla əməkdaşlıq barədə müqavilələrin və memorandumların inkişaf etdirilməsi, onlarla əməkdaşlıq və universitetin rəsmi işçi heyətinə xaricdə səyahətlər üçün texniki yardım göstərmək.

Telefon: (+99455) 222-05-12, e-mail: ird@gsu.az

 

Ruslan Həsən oğlu Məmmədov – şöbə müdiri

1984-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 2004-cü ildə Gəncə Dövlət Universitetinin İngilis dili ixtisasının bakalavriat, 2006-cı ildə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Gəncə Dövlət Universitetinin Leksika və ölkəşünaslıq kafedrasına müəllim təyin olunmuşdur.

2009-2010-cu ildə Avropa Birliyinin “Erasmus Mundus” layihəsi vasitəsi ilə Yunanıstanın ATEI Saloniki İnstitutunda 10 aylıq doktorantura təhsili almışdır.

 


Saidə Oqtay qızı Abbasova – mütəxəssis

1981-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Texnologiya Universitetinin standartlaşdırma və sertifikasiya fakültəsini bitirmişdir. 1999-cu ildən Gəncə Dövlət Universitetində Beynəlxalq əlaqələr şöbəsində mütəxəssis vəzifəsində çalışır.