• Dekan, prof. Zeynalov Zakir Mikayıl oğlu

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 19 dekabr 2014-cü il tarixli 46-25-85-62/17 saylı razılıq məktubu Universitet Elmi Şurasının 29.01.2015-ci il tarixli (protokol 4) qərarı və rektorluğun 30.01.2015-ci il tarixli 5/32 saylı əmri ilə Gəncə Dövlət Universitetində pedaqoji kadırların ixtisasartırması, təkminləşdirilməsi və kadrların yenidənhazırlanma təhsilinin həyata keçirilməsi ücün mövcud ştatlar çərçivəsində  Əlavə təhsil fakültəsi yaradılmışdır. Fakültənin nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə nizamnaməsi, iş planı, “Yenidənhazırlanma” ixtisasları üçün 22 adda “İxtisasartırma ”kursları üçün 53 adda tədris planları tərtib edilmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir.

2015/2016-cı tədris ilində yenidənhazırlanma təhsili üzrə  “Təhsildə Sosial Psixoloji xidmət”, “Xarici dil müəllimliyi” (ingilis dili) və “İnformatika müəllimliyi” ixtisaslarına müsahibə yolu ilə qəbul aparırmışdır. Həmin qruplarda təhsil alan 32 nəfər  dinləyicilər 2016 –cı ildə təhsilini müffəvəqiyyətlə bitirmiş və diplom almışlar.

2016/2017 ci tədris ilində yenidənhazırlanma təhsili üzrə “Riyaziyyat müəllimliyi” “Fizika müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyat” müəllimliyi ixtisaslarına dinləyicilər qəbul olmuşlar. Həmin qruplarda təhsil alan 39 nəfər  dinləyicilər 2017 –cı ildə təhsilini müffəvəqiyyətlə bitirmiş və diplom almışlar.

2017/2018-ci tədris ilində yenidənhazırlanma təhsili üzrə “Riyaziyyat müəllimliyi” “Fizika müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyat” müəllimliyi, İnformatika müəllimliyi , Tarix müəllimliyi , Kimya müəllimliyi , Biologiya müəllimliyi , İngilis dili müəllimliyi ixtisaslarına müsahibə yolu ilə qəbul aparırmışdır. Həmin qruplarda təhsil alan 93 nəfər  dinləyicilər 2018 –cı ildə təhsilini müffəvəqiyyətlə bitirmiş və diplom almışlar .

2018/2019-cu tədris ilində yenidənhazırlanma təhsili üzrə “Riyaziyyat müəllimliyi” “Fizika müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyat” müəllimliyi, İnformatika müəllimliyi , Tarix müəllimliyi , Kimya müəllimliyi , Biologiya müəllimliyi , İngilis dili müəllimliyi, İbtidai sinif müəllimliyi ixtisasları üzrə sənəd vermiş vətəndaşların sənədləri  22.10.2018-ci il tarixdə rektorun əmriylə yaradılmış işçi qrup tərəfindən araşdırılmış və 157 nəfər yenidənhazırlanma təhsilinə qəbul olunması nəzərdə tutulmuşdur.  Fakültədə fəaliyyətdə olduğu tədris illərində Universitetdə təkrar ali təhsil almaq istəyən vətəndaşların sənəd qəbulu aparılmışdır. Müsahibədən sonra  tələbə adını qazananlar hazırda təhsillərini davam etdirirlər.Fakültədə dərslər təcrübəli professor müəllim heyəti tərəfindən tədris edilir.

Fakültədə dərslər ikinci növbədə aparılır. Hazırda fakültədə fəaliyyət göstərən 9 ixtisas qruplarında tədris proqramına uyğun 49 fənn tədris edilir. Əlavə Təhsil fakültəsinə dekan prof. Zeynalov Zakir Mikayıl oğlu rəhbərlik edir. Fakültə dekanının müavini vəzifəsində baş müəllim Əliyev Mübariz Museyib oğlu çalışır. Binnətova Mətanət Vaqif qızı və Andı Günel Hüseyn qızı metodist, Hüseynova Günel Fariz qızı operator vəzifəsində çalışırlar.

Tel: (+99422)2642444